“Qarabağ”da bu futbolçudan qorxur: “O, sanki 10 nəfərə bərabərdir”

3 Avqust 2021 12:40 Qarabağ 1 761
“Qarabağ”da bu futbolçudan qorxur: “O, sanki 10 nəfərə bərabərdir”

Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq AEL Azərbaycan təmsilçisini təhlil edib.

Sportinfo.az xəbər verir ki, Limassol klubunun baş məşqçisi Duşan Kerkez ağdamlıların bir oyunçusu narahat edir.

Həmkarlarımızın yazdığına əsasən, çalışdırıcı yarımmüdafiəçi Filip Ozobiçdən daha çox çəkinir və oyunçularına xorvatiyalıya qarşı xüsusi tədbir görülməsini tapşırıb:

“Kerkezin fikrincə, “Qarabağ”da Ozobiç digər 10 nəfərdən tam fərqlidir. O, sanki 10 nəfərə bərabər oyunçudur”.

AEL-lə “Qarabağ” arasında ilk oyun avqustun 5-də “AEK Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti