Braziliyalı “Qarabağ”ı udmağın yolunu göstərdi: “MÖHTƏŞƏM OYNAMALIYIQ”

2 Avqust 2021 23:00 Qarabağ 1 187
Braziliyalı “Qarabağ”ı udmağın yolunu göstərdi: “MÖHTƏŞƏM OYNAMALIYIQ”

"Bizi "Qarabağ"a qarşı iki çətin qarşılaşma gözləyir.

Növbəti raunda adlamaq üçün hər iki matçda möhtəşəm oynamaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri AEL-in (Kipr) futbolçusu Euller Silva "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə "Lance" nəşrinə açıqlamasında deyib.

26 yaşlı braziliyalı müdafiəçi hər iki görüş üçün çox motivasiyalı olduqlarını bildirib: "Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Cari mövsüm bunu gerçəkləşdirmək üçün mübarizə aparacağıq".

"Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də "AEK Arena", cavab qarşılaşmasını avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Səfərdəki matç Bakı vaxtı ilə saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”