“Qarabağ”ın İspaniya klubundan etdiyi transferə ödədiyi məbləğ

2 Avqust 2021 19:00 Qarabağ 2 163
“Qarabağ”ın İspaniya klubundan etdiyi transferə ödədiyi məbləğ

"Qarabağ" heyətini daha bir legionerlə gücləndirib.Ağdam təmsilçisi son olaraq İspaniyada "Kadis"in formasını geyinmiş Qasper Panadero Zamora ilə anlaşıb.

24 yaşlı ispaniyalı vingerlə 3 illik müqavilə imzalanacaq.

Zamora 1997-ci ilin 9 dekabrında İspaniyanın Tarazona de la Manşa şəhərində dünyaya gəlib.

Futbolun sirrlərini "Albasete"də öyrənməyə başlayıb. 2012-ci ildə - 14 yaşında "Almeriya"ya keçib. Cəmi iki ilə sonra - 2014-cü ildə "Almeriya"nın B komandasına yüksəlib.

Elə həmin ilin 12 sentyabrında "Almeriya"nın əsas heyətində La Liqada debüt edib.

16 yaş 277 günlüyündə La Liqada oyuna çıxıb və "Almeriya"nın heyətində bunu bacaran ən gənc futbolçu kimi tarixə düşüb.

2020-ci ildə 100 min avro qarşılığında Birləşmiş Ərəb Əmirlikliklərinin "Əl-Vahda" klubuna transfer olunub. 6 ay sonra İspaniyaya dönüb və "Kadis"lə anlaşıb.

Lakin bu komandanın əsas heyətində möhkəmlənə bilməyib və 2020/21 mövsümündə Sequnda təmsilçisi "Ponferradina"ya icarəyə verilib.

"Qarabağ"ın yeni legioneri bu komandanın heyətində meydana çıxdığı 24 oyunda 1 qol vurub.

Zamora 2015-ci ildə İspaniyanın U-18 millisində 2, 2015-2016-cı illərdə U-19 millisində 3 oyun keçirib. "Transfermarkt" nəşri ona 300 min avro qiymət qoyub.

Amma ispaniyalı “Qarabağ”a göstərilən rəqəmdən nisbətən ucuz başa gəlib. Burada keçirdiyi ilk ildə 250 min avro qazanacaq. Növbəti iki sezonda isə alacağı pul tədricən artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti