"Qarabağ" "Real"ın sabiq müdafiəçisini transfer edir?

2 Avqust 2021 10:40 Qarabağ 2 441
"Qarabağ" "Real"ın sabiq müdafiəçisini transfer edir?

"Qarabağ"ın danışıq apardığı daha bir əcnəbinin kimliyi məlum olub.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, bu, ispaniyalı mərkəz müdafiəçisi Dani Suarezdir.

Hazırda azad agent olan 31 yaşlı futbolçunun son klubu Yunanıstan "Asteras"ı olub.

O, son iki mövsümü keçirdiyi yunan klubununda 55 oyuna çıxıb və 5 qol vurmağı bacarıb.

Karyerası daha çox ölkəsi ilə bağlı olan Dani "Real Madrid"in "B" komandasında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti