Azərbaycan klubları ilə görüşən 3-cü...

1 Avqust 2021 13:00 Qarabağ 1 631
Azərbaycan klubları ilə görüşən 3-cü...

“Qarabağ” Konfrans Liqasının III təsnifat mərhələsində AEL ilə görüşəcək.

Sportinfo.az xəbər verir ki, Limassol təmsilçisi avrokuboklarda Azərbaycan klubları ilə görüşən 3-cü Kipr klubu olacaq.

İndiyədək yalnız APOEL və “Apollon” təmsilçilərimizə rəqib olub. APOEL-lə 8, sonuncularla 2 matç baş tutub.

Bu 10 matçda üç dəfə bizimkilər, üç dəfə rəqiblər qələbə qazanıb. 4 matç sülhlə bitib. Top fərqi adalıların xeyrinədir – 13:11.

“Qarabağ” APOEL-lə 4 dəfə üz-üzə gəlib. Kiprlilər 2, təmsilçimiz 1 dəfə qalib gəlibsə, 1 oyun sülhlə bitib. Rəqib top fərqində də öndədir – 7:5.

10.08.1995. APOEL (Kipr) - Neftçi - 3:0
24.08.1995. Neftçi - APOEL (Kipr) - 0:0
23.08.2012. Neftçi - APOEL (Kipr) - 1:1
30.08.2012. APOEL (Kipr) – Neftçi - 1:3
30.07.2015. Apollon (Kipr) - Qəbələ - 1:1
06.08.2015. Qəbələ - Apollon (Kipr) - 1:0
06.08.2019. APOEL (Kipr) - Qarabağ - 1:2
13.08.2019. Qarabağ - APOEL (Kipr) - 0:2
24.10.2019. Qarabağ - APOEL (Kipr) - 2:2
07.11.2019. APOEL (Kipr) - Qarabağ - 2:1

Digər Xəbərlər
Xəbər Lenti