“Bu, “Qarabağ”la oyunun sonunda bizə baha başa gəldi"

1 Avqust 2021 00:42 Qarabağ 802
“Bu, “Qarabağ”la oyunun sonunda bizə baha başa gəldi"

"Oyuna yuxulu şəkildə başlamağımız təəssüf doğurur. Lazımsız qol buraxdıq. Bu, qarşılaşmanın sonunda bizə baha başa gəldi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Aşdod"un qapıçısı Yoav Gerafi evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra deyib.

28 yaşlı qolkiper mərhələdə adlaya bilmədikləri üçün təəssüfləndiyini söyləyib: "Onları keçə biləcəyimiz barədə nikbin idik. İlk qarşılaşmadan sonra rəqibin qorxunc olmadığını gördük".

Gerafi daxili çempionata köklənəcəklərini sözlərinə əlavə edib. O, "Aşdod"un yaxşı oyunçulara malik olduğunu vurğulayıb:

"Heyət çox gəncdir. Bəzi futbolçular avrokubokda ilk oyunlarına çıxdı. Bu mövsüm daha yaxşı komanda olacağımıza inanıram".

Bakıdakı ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə edən "Qarabağ" III təsnifat mərhələsində Kiprin AEL (Limassol) klubu ilə qarşılaşacaq.

İlk matç avqustun 5-də səfərdə, cavab oyunu avqustun 12-də evdə gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"