"Qarabağ"a estonlar gəlir

31 İyul 2021 11:20 Qarabağ 726
"Qarabağ"a estonlar gəlir

"Qarabağ"ın AEL-ə (Kipr) qarşı Konfrans Liqasının III təsnifat mərhələsində keçirəcəyi cavab oyununun təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, matç estoniyalı hakimlərə tapşırılıb. Görüşü Kristo Tover idarə edəcək.

Laysmanlar Silver Koyv, Step Klaasen, dördüncü hakim isə Karl Koppel olacaq.

"Qarabağ" ilk oyununu avqustun 5-də "AEK Arena"da keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab matçının başlama saatı isə 20:00-dır.

Digər Xəbərlər
Xəbər Lenti