"Qarabağ" – Bir problem bitdi, başqası başladı

31 İyul 2021 00:56 Qarabağ 934
"Qarabağ" – Bir problem bitdi, başqası başladı

İsraildə "Aşdod"a qarşı Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda (1:0) zədələnən "Qarabağ"ın futbolçusu Rahil Məmmədovun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, MRT müayinəsindən keçən 26 yaşlı müdafiəçi bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Həkimlərin ilkin diaqnozuna görə, Məmmədov Kiprin AEL komandasına qarşı III təsnifat mərhələsinin hər iki görüşünü buraxacaq.

"Qarabağ" Limassol təmsilçisi ilə ilk oyununu avqustun 5-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti