"Qarabağ" İsveçdən olan hakimlər briqadasına həvalə edildi

30 İyul 2021 23:20 Qarabağ 338
"Qarabağ" İsveçdən olan hakimlər briqadasına həvalə edildi

"Qarabağ"ın AEL-ə qarşı Konfrans Liqasının III təsnifat mərhələsində hər iki oyunu üçün təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Larnaka şəhərindəki ilk qarşılaşma İsveçdən olan hakimlər briqadasına həvalə edilib.

Matçın referisi Qlenn Nyuberqə yan xətt hakimləri Mahbod Beygi, Andreas Söderkvist yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Boyan Panciç yerinə yetirəcək.

Digər Xəbərlər
Xəbər Lenti