Qurban Qurbanov klubun sponsorunu reklam etdi - VIDEO

30 İyul 2021 14:40 Qarabağ 1 133
Qurban Qurbanov klubun sponsorunu reklam etdi - VIDEO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov reklama çəkilib.

Sportinfo.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "köhlən atlar"ın sponsoru olan FAW avtomobil şirkətini reklam edib.

Sükan arxasına oturan Qurbanov "Rəqib yaxşı oynadı, ancaq güclü qalib gəldi" ifadəsini işlədib.

"Qarabağ" Konfrans Liqasının II təsnifat mərhələsində İsrail "Aşdod"unu iki oyunun yekununda üstələyib - 0:0, 1:0.

Növbəti mərhələdə rəqib Kipr AEL-i olacaq. İlk görüş avqustun 5-də səfərdə, cavab qarşılaşması avqustun 12-də evdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi