Albanlara 1 qol vurub, "Qarabağ"a rəqib oldular - VİDEO

30 İyul 2021 01:00 Qarabağ 1 132
Albanlara 1 qol vurub, "Qarabağ"a rəqib oldular - VİDEO

"Qarabağ"ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, Kiprin AEL komandasıdır.

Limassol şəhərini təmsil edən kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya "Vlajniya"sını üstələyib. "Vlajniya" həm səfərdə, həm də öz meydanında eyni hesabla uduzub - 0:1.

"Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində İsrail "Aşdod"unu iki oyunun yekununda yenib - 0:0, 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"