"Qarabağ"dan son xəbər belə verildi: "CİDDİDİR"

30 İyul 2021 00:50 Qarabağ 1 356
"Qarabağ"dan son xəbər belə verildi: "CİDDİDİR"

"Qarabağ"ın futbolçusu Rahil Məmmədovun "Aşdod" ilə İsraildəki Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə aldığı zədə ciddidir.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

49 yaşlı mütəxəssis müdafiəçinin əzələsini dartdığını bildirib: "Rahil bu həftə ərzində komanda ilə birgə məşq etmişdi.

Hətta "Zirə" ilə yoxlama matçımızda da 45 dəqiqə forma geyinmişdi. Hər şey normal, qaydasında idi.

Ola bilsin, oyunun gərginliyi və bəzən həyəcan belə yükləmələrə gətirib çıxarır. Müəyyən qədər psixoloji cəhətdən də ehtiyalanırdı ki, bu da təsir edə bilər".

Digər Xəbərlər
Xəbər Lenti