Qurbanov: "Futbolçular qalib gəlmək üçün hər şey etdilər, hətta daha artığını"

30 İyul 2021 00:40 Qarabağ 825
Qurbanov: "Futbolçular qalib gəlmək üçün hər şey etdilər, hətta daha artığını"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"la (İsrail) oyundan (1:0) sonra qələbə barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, növbəti mərhələyə yüksəldikləri üçün futbolçuları təbrik edib:

"Çox gərgin oyun keçdi. Hava şəraiti də ağır idi. Ancaq şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Baxmayaraq ki, komandada xeyli problemlər var.

Hətta matçın gedişində də problemlə üzləşdik və məcburi dəyişiklik reallaşdırdıq. Futbolçular qalib gəlmək üçün hər şey etdilər, hətta deyərdim ki, daha artığını.

Komandada həyəcan var idi. Zədələrlə bağlı problem istər-istəməz komandaya da təsir edir. Bu görüşdə futbolçuların xarakteri mənim üçün çox vacib idi.

Bəzi gənclərimiz belə oyunları nə qədər tez hiss etsə, onların böyüməsi, inkişafı daha da sürətlənəcək.

Qələbə münasibətilə hər kəsi təbrik edirəm. Hər iki qarşılaşmaya baxsaq, qələbəyə layiq idik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı