"Qarabağ" İsraildə çətin qələbə qazandı - VİDEO

30 İyul 2021 00:00 Qarabağ 828
"Qarabağ" İsraildə çətin qələbə qazandı - VİDEO

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" ilk oyunda evdə 0:0 hesablı heç-heçə etdiyi "Aşdod"la (İsrail) bu dəfə səfərdə üz-üzə gəlib.

Ağdam təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gələrək mərhələni adlayıb.

“Qarabağ” 3-cü təsnifat mərhələsində AEL (Kipr) – “Vlajniya” (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti