"Qarabağ"dan şad xəbər gəldi: Bu gün...

29 İyul 2021 16:00 Qarabağ 1 862
"Qarabağ"dan şad xəbər gəldi: Bu gün...

"Qarabağ"ın mərkəz müdafiəçisi Rahil Məmmədovun zədəsi sağalıb.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Zədə səbəbindən ilk oyunu kənardan izləməli olan təcrübəli futbolçuya Qurban Qurbanov şans verəcəyi halda "Aşdod"la oyunda meydana çıxa bilər.

Müdafiəçilərdən Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə, Maksim Medvedev isə cəza səbəbindən axşamı görüşü buraxacaq.

"Qarabağ" Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində bu gün 21:00-da İsraildə "Aşdod"la qarşılaşacaq.

Bakıdakı görüş qolsuz bərabərliklə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti