"Qarabağ" yaxşı komanda olsa da, onlardan çəkinmirik"

28 İyul 2021 16:20 Qarabağ 754
"Qarabağ" yaxşı komanda olsa da, onlardan çəkinmirik"

"Oyuna maksimum dərəcədə yaxşı hazırlaşırıq.

Hər şeyin öz əlimizdə olduğunu göstərmək üçün bütün lazımi işləri görmüşük".

Sportinfo.az xəbər verir ki, bu fikirləri İsrail "Aşdod"unun futbolçusu Gil Koen "Qarabağ"a qarşı Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə klubun rəsmi saytına açıqlamasında deyib.

İyulun 29-da keçiriləcək "Aşdod" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 21 yaşlı israilli müdafiəçi Ağdam təmsilçisinə hörmətlə yanaşdıqlarını bildirib:

"Qarabağ" yaxşı komandadır. Amma onlardan çəkinmirik. Meydana çıxıb, əlimizdən gələni edəcəyik.

Hiss edirik ki, mərhələni keçə bilərik. Lakin bunun üçün oyunumuzu inkişaf etdirməli və bütün diqqətimizi bir yerə cəmləşdirməliyik".

Digər Xəbərlər
Xəbər Lenti