CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə nə vaxt baxacaq?

20 İyul 2021 11:40 Qarabağ 505
CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə nə vaxt baxacaq?

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun müraciətinə avqustun 31-dək baxacaq.

Bu barədə Sportinfo.az-a sabiq press-ateşenin özü bildirib.

O, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinə qarşı iddia ərizəsi verib.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi JJ Qarabağ mühaaribəsi zamanı «feysbuk»da ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 min avro məbləğində cərimələnib.

Yanvarın 19-da klubdan ayrıldığını açıqlayan mətbuat katibi.bildirib ki, yaxınlarda CAS ona müvafiq məktubu göndərib. Məktubda şikayətə baxılma gününün qarşıdakı aya təyin olunacağı göstərilib:

«Bu qurumla yazışmalar davaam edir. UEFA-nın bizə şikayət hüququ verməməsindən narazıyıq. CAS məsələyə baxacaq və şikayət edə bilməmək qərarından şikayət verib-verə bilməyəcəyimizi müəyyənləşdirəcək.

Açığı, məsələ çox uzanır və bizi narahat edir. CAS artıq neçənci dəfədir ki, məsələyə baxılma müddətini ertələyir.

Martdan bəri vəziyyət bax, bu cür qeyri-müəyyəndir. Burada erməni lobbisinin əli var.

UEFA-nın mənim haqqımda verdiyi ağır qərara onların böyük təsiri var. Ancaq biz yenə də ümidimizi üzmürük və inanırıq ki, CAS məsələyə düzgün baxacaq».

Digər Xəbərlər
Xəbər Lenti