“Aşdod” bizə tanış deyil, amma azarkeşlərimizi sevindirmək istəyirik”

16 İyun 2021 16:40 Qarabağ 894
“Aşdod” bizə tanış deyil, amma azarkeşlərimizi sevindirmək istəyirik”

“Konfrans liqası yeni turnirdir. İlk dəfə təşkil olunan turnirə tam məsuliyyətlə yanaşmalıyıq.

Bizim üçün bu turnir ilk təcrübədir. Daha əvvəl də İsrail təmsilçiləri ilə qarşılaşmışıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Aşdod” klubuna rəqib olmaları barədə klubun rəsmi saytına açıqlamasında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bu ölkənin çempionatı hər kəsə bəllidir:

"İsrailin çox güclü klubları var. Təsdüfi deyil ki, mövsümü 3-cü pillədə başa vurublar. Amma “Aşdod” bizə tanış deyil və daha əvvəl qarşılaşmamışıq.

Bu gündən etibarən rəqibi daha yaxından tanımağa, güclü və zəif tərəflərini araşdırmağa başlayacağıq.

Rəqibi yaxından izlədikdən və araşdırdıqdan sonra ətraflı danışmaq olar. Bu turnirdə də azarkeşlərimizi sevindirmək istəyirik”.

Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.

Digər Xəbərlər
Xəbər Lenti