“Qarabağ”da oynamaq istəyən tanınmış hücumçu ilə bağlı SON XƏBƏR

15 İyun 2021 19:20 Qarabağ 111 308
“Qarabağ”da oynamaq istəyən tanınmış hücumçu ilə bağlı SON XƏBƏR

“Qarabağ”ın Dino Ndlovunu geri qaytarmaq istəməsi barədə aylar öncə yaydığımız xəbərı bu dəfə soccerladuma.co.za saytı təsdiqləyib.

Burada Ağdam təmsilçisinin 31 yaşlı hücumçu ilə yaxından maraqlandığı bildirilib.

Hazırda azad agent olan oyunçunu Türkiyədən “Kocaelispor” da heyətinə qatmaq niyyətindədir. TFF I Liqa təmsilçisi CAR-lı futbolçunun menecerləri ilə əlaqə saxlayıb və ona 1 illik müqavilə təklif edib.

Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. 2018-ci ilin yanvarında “Çjetszyan Qrintaun”a transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.

Apreldən bu yana futbolsuz qalan afrikalı forvardın “Qarabağ”a qayıdıb-qayıtmayacağı yaxın günlərdə dəqiqləşəcək.

Ndlovu keçmiş klubunun rəhbərliyi və məşqçiləri ilə şəxsən əlaqə saxlayıb. O, tezliklə Azərbaycana gəlmək istədiyini bildirib.

Dino başqa təkliflərinin də olduğunu, amma “Qarabağ”da ona göstərilən isti münasibəti unutmadığını, burada qazandığı uğurları təkrarlamaq istədiyini söyləyib.

Cənubi afrikalı yeni anlaşma üçün maddi şərtlərdə güzəştə getməyə hazır olduğunu da qeyd edib. Ndlovuya “bir qədər gözlə” cavabı verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"