"Qarabağ"ın transfer planları dəyişdi – Daha bir…

14 İyun 2021 11:40 Qarabağ 2 461
"Qarabağ"ın transfer planları dəyişdi – Daha bir…

"Qarabağ" transfer planları nda dəyişiklik edib.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov klub rəhbərliyindən yeni mərkəz müdafiəçisinin alınmasını istəyib.

Səbəb odur ki, Azərbaycan millisinin Moldova ilə yoldaşlıq görüşündə (0:1) zədələnən Bədavi Hüseynov uzun müddət yaşıl sahələrdən kənar qalacaq.

Yaxınlaarda növbəti dəfə tibbi müayinədən keçən arxa xətt oyunçusunun aldığı xəsarətin daha ciddi olması üzə çıxıb.

"Qarabağ" 29 yaşlı futbolçununn qayıdışını 6 aydan çox gözləməli olacaq. Halbuki onun ən geci 2 aya sıraya dönəcəyi bildirilirdi.

Sol diz bağları qırılan mərkəz müdafiəçisi tezliklə əməliyyata alınacaq və dekabrın sonunadək müalicə kursu keçəcək.

O, Moldovaya qarşı yoldaşlıq görüşünün 80-cı dəqiqəsində zədələnərək, oyunu vaxtından əvvəl tərk etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti