“Qarabağ”a Türkiyədən sərfəli təklif gəldi - AYRILIĞIN DETALLARI

13 İyun 2021 11:40 Qarabağ 3 508
“Qarabağ”a Türkiyədən sərfəli təklif gəldi - AYRILIĞIN DETALLARI

“Qarabağ”ın hücumçusu Kvabena Ovusunun karyerasını harada davam etdirəcəyi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, nigeriyalı legioner qarşıdakı mövsümü Türkiyənin I Liqasındakeçirəcək.

Ağdam klubu müqavilə müddəti 2023-cü ilin yayına qədər olan forvardla anlaşmaya birtərəfli qaydada xitam verilməyib. Afrikalıya görə sərfəli təklif gəlib və “Qarabağ“ da bunu müsbət dəyərləndirib.

Kvabenanın karyerasının böyük hissəsi məhz İspaniya ilə bağlıdır. Bu ölkədə “Toledo”, “Leqanes”, “Ovyedo”, “Kartagena”, “Salamanka” və “Kordoba”nın formasını geyinib.

O, “Qarabağ”a ötən ilin yanvarında “Leqanes”dən keçib və sonuncu mövsüm Premyer Liqada 7 qola imza atıb.

"Qarabağ"ın press-ateşesi Gündüz Abbaszadə isə mediaya açıqlamasında bildirib ki, Ovusu bir neçə klubun maraq dairəsindədir:

"Amma bizə hər hansı rəsmi təklif gəlməyib. Futbolçunun klubla müqaviləsi davam edir. Rəsmi təklif olacağı təqdirdə, bu məsələyə baxıla bilər.

Onu da vurğulayım ki, söhbət yalnız icarə müqaviləsindən gedir. Hücumçunu buraxmaq fikrimiz yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!