“Qarabağ” daha bir hücumçusu ilə vidalaşdı – SON DƏQİQƏ

12 İyun 2021 11:20 Qarabağ 2 702
“Qarabağ” daha bir hücumçusu ilə vidalaşdı – SON DƏQİQƏ

Mahir Emrelidən sonra “Qarabağ”da gözlənilən ayrılıq dəqiqləşib.

Sportinfo.az-ın məlumatına görə, Ağdam klubu Kvabena Ovusu ilə vidalaşıb.

Müqavilə müddəti 2023-cü ilin yayına qədər olan nigeriyalı forvardla anlaşmaya birtərəfli qaydada xitam verilməyib. Afrikalıya görə təklif gəlib və “Qarabağ“ da bunu müsbət dəyərləndirib.

Kvabenanın karyerasının böyük hissəsi məhz İspaniya ilə bağlıdır. Bu ölkədə “Toledo”, “Leqanes”, “Ovyedo”, “Kartagena”, “Salamanka” və “Kordoba”nın formasını geyinib. O, “Qarabağ”a ötən ilin yanvarında “Leqanes”dən keçib.

Kvabena sonuncu mövsüm Premyer Liqada 7 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti