“Qarabağ”ın əfsanəsi olmaq istəyirəm" - Aleksi kumir seçən

11 İyun 2021 19:10 Qarabağ 1 636
“Qarabağ”ın əfsanəsi olmaq istəyirəm" - Aleksi kumir seçən

"Azərbaycanın ən böyük klubuna gəldiyim üçün çox xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Kadi Yuri Borqes Malinovski klubun saytına açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi Ağdam komandasının uğurlarında pay sahibi olmaq istədiyini söyləyib:

"Bura gəlməmişdən əvvəl “Qarabağ” barədə məlumatım var idi. Bilirəm ki, yeni komandam mütəmadi Avropa kuboklarında çıxış edir. Mən də komandamın uğurlarında pay sahibi olmaq arzusundayam".

Braziliyanın “Koritiba” klubunun yetirməsi olan Malinovski vaxtilə "Fənərbağça"da çıxış etmiş Aleks de Souzanı öz kumiri adlandırıb:

"Aleks Türkiyədə olduğu kimi, Azərbaycanda da çox sevilir. Onun adını əbəs yerə çəkmədim. Aleks necə bir klubun əfsanəsinə çevrilibsə, mən də kumirim kimi “Qarabağ”ın əfsanəsi olmaq istəyirəm".

Yeni transfer "Qarabağ" azarkeşlərindən də danışıb: "Azarkeşlərimiz məni həddindən artıq isti qarşıladı.

Sosial şəbəkədə xoş sözlər yazırlar. Hamısına cavab yaza bilməmişəm və fürsətdən istifadə edib, onların hər birinə təşəkkür edirəm.

Onların sevimli futbolçusu olacağıma inanıram. Ümid edirəm ki, azarkeşlərimizlə stadionda tezliklə görüşəcəyik!".

Digər Xəbərlər
Xəbər Lenti