Portuqaliya klubundan "Qarabağ"a gəldi - VİDEO

11 İyun 2021 16:00 Qarabağ 1 195
Portuqaliya klubundan "Qarabağ"a gəldi - VİDEO

"Qarabağ"ın gözlənilən transferi reallaşıb.

Ağdam təmsilçisi Sportinfo.az-ın yaydığı xəbəri mətbuat xidməti vasitəsilə təsdiqləyib.

Amma Kady Yuri Borqes Malinovski ilə bağlanan müqavilə ilə bağlı məlumat verilməyib.

25 yaşlı braziliyalı hücumameyyli yarımmüdafiəçi ötən mövsüm Portuqaliyanın 1-ci divizionunda - “Vilafrenkensi”də çıxış edib.

O, karyerasına “Koritiba”da başlayıb və müxtəlif illərdə Braziliyada “Londrina”, Portuqaliyada “Eştoril” kimi klublarda oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti