"Qarabağ" yeni transferini Bakıya gətirdi - SON DƏQİQƏ

11 İyun 2021 09:40 Qarabağ 3 933
"Qarabağ" yeni transferini Bakıya gətirdi - SON DƏQİQƏ

«Qarabağ»ın yeni legionerlə anlaşması barədə dünən gecə saatlarında oxucularımızı məlumatlandırmışdıq.

Ağdam klubunun rənglərinə bağladığı əcnəbi futbolçu Borges Malinovskidir.

Tam odı Kadi Luri Borges Malinovski olan brazililiyalının 25 yaşı var. Hücumameylli yarımmüdafiəçi «Koritiba»nın yetirməsidir.

Braziliya klubu onu 2016-2019-cu illər aralığında «Londrina» və «Foz do İquaçu»ya icarəyə verib. daha sonra «Eştoril»ə keçən cənubi amerikalı Azərbaycana da elə Portuqaliyadan gəlib.

O, 2020-2021-ci illər aralığında «Vilafranquens»də 31 oyuna 5 qol vurub.

«Qarabağ» onunla 2+1 illik müqavilə imzalayıb. «Sambaçı» artıq Bakıdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!