"Qarabağ" bu qayıdışı 2 ay gözləyəcək - DƏQİQLƏŞDİ

9 İyun 2021 17:00 Qarabağ 1 892
"Qarabağ" bu qayıdışı 2 ay gözləyəcək - DƏQİQLƏŞDİ

Azərbaycan millisinin Moldova ilə yoldaşlıq görüşündə zədələnən Bədavi Hüseynovun durumu ürəkaçan deyil.

Bu barədə Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Sitat: "Bədavi Hüseynov dizindən xəsarət alıb. İlkin müayinədən sonra 2 ay müddətinə sıradan çıxdığı dəqiqləşib. Bu isə o deməkdir ki, mərkəz müdafiəçisi "Qarabağ"ın təlim-məşq toplanışlarına qatıla bilməyəcək".

Xatırladaq ki, 29 yaşlı futbolçu Azərbaycan millisinin heyətində Moldovaya qarşı baş tutan yoldaşlıq görüşünün 80-cı dəqiqəsində zədələnərək oyunu vaxtından əvvəl tərk etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular