"Qarabağ”ın “Vilyareal”a vurduğu qol mövsümün ən yaxşıları sırasında - VİDEO

8 İyun 2021 21:00 Qarabağ 1 880
"Qarabağ”ın “Vilyareal”a vurduğu qol  mövsümün ən yaxşıları sırasında - VİDEO

Avropa Liqasının rəsmi “Twitter” səhifəsi “Qarabağ”ın futbolçusu Patrik Andradenin ötürməsini mövsümün ən yaxşı assistləri sırasında verib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı yarışın rəsmi sosial şəbəkə hesabı paylaşım edib.

Bildirilib ki, sözügedən qol ötürməsi Avropa Liqasının geridə qalan mövsümünün qrup mərhələsi çərçivəsində baş tutmuş “Vilyareal”la oyunda qeydə alınıb.

Maraqlıdır ki, Avropa Liqasının səhifəsi bir neçə müxtəlif oyunlarda qeydə alınan qol ötürməsinin görüntülərini paylaşsa da, onların arasında izləyicilərin ən çox bəyəndiyi məhz Andradenin assisti olub.

İstanbulda keçirilən və ispanların 3:1 hesablı qələbəsi ilə başa çatan oyunun 78-ci dəqiqəsində Andrade gözəl ötürmə ilə Kvabena Ovusunu zərbə mövqeyinə çıxarmış, ikinci isə dəqiq oynayaraq hesabı açmışdı.

Həmin ötürməni və qolu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti