“Qarabağ”dan 3 seçim

8 İyun 2021 11:40 Qarabağ 1 225
“Qarabağ”dan 3 seçim

Premyer Liqada son mövsümün gümüş mükafatçısı “Qarabağ” iyunun 14-də hazırlığa başlayacaq.

Sportinfo.az-ın məlumatına görə, Ağdam klubu məşqlərə Bakıda start verəcək.

Təlim-məşq toplanışının ikinci mərhələsi Avstriyada keçiriləcək. Qurban Qurbanovun komandası adıçəkilən ölkədə 3 yoxlama görüşünə çıxacaq. Hazırda rəqiblərin adları müəyyənləşdirilir,

“Qarabağ” bu mövsüm ölkəmizi yeni yaradılan Konfrans Liqasında təmsil edəcək. Ağdam klubu mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

Bu mərhələnin püşkü iyulun 12-də atılacaq. İlk oyunlar iyulun 22-də, cavab matçları 29-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu