"Ona mesajlar yazır, “Qarabağ” formasını geyinməsini istəyirlər”

14 May 2021 14:00 Qarabağ 2 374
"Ona  mesajlar yazır, “Qarabağ” formasını geyinməsini istəyirlər”

“Səbail”in qapıçısı Nikolas Hagen mövsümün sonunda komandasını dəyişməyi düşünür.

Sportinfo.az xəbər verir ki, bu iddia ilə Qvatemala mətbuatı çıxış edib.

Bildirilib ki, “Səbail”də yaxşı təcrübə toplayan 25 yaşlı qolkiper artıq daha iddialı komandada oynamaq niyyətindədir. Onun Azərbaycan Premyer Liqasının digər təmsilçilərinin də diqqət mərkəzində olduğu vurğulanıb.

Qvatemalalı həmkarlarımız hətta milli üzvünün “Qarabağ”a keçidini də istisna etməyiblər. Xəbərdə Ağdam klubunun azarkeşlərinin Hageni komandalarında görmək istədiyi vurğulanıb:

“Azərbaycan çempionatında son vaxtların ən titullu komandası “Qarabağ”ın azarkeşləri Hagenə dəstək mesajları yazırlar. Hətta onun “Qarabağ” formasını geyinməsini istəyirlər”.

Hagenin Azərbaycanda iddialı komandalardan birinə keçməyəcəyi təqdirdə, Avropada qalacağı və başqa ölkələrdən gələn təklifləri dəyərləndirəcəyi vurğulanıb.

Nikolas Hagen “Səbail”ə ötən ilin yayında ölkəsinin “Munisipial” klubundan keçib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!