Qurban Qurbanovdan soruşdum ki, o, məgər Messidir?

12 May 2021 22:40 Qarabağ 1 480
Qurban Qurbanovdan soruşdum ki, o, məgər Messidir?

“Bir oyunda məni “öldürən” oyunçudan bəhs etməli olsam, bu, EdenAzardır“.

Sportinfo.az xəbər verir ki, bu etiraf “Qarabağ“ın sabiq legioneri Donald Geryeyə məxsusdur.

Haitili müdafiəçi “Sportinq”in ulduzu Rafinya ilə bağlı baş məşqçi Qurban Qurbanovla duelini xatırlayıb, eyni zamanda, Çempionlar Liqasının qrupunda “Çelsi” ilə matçda Eden Azarı saxlaya bilmədiyini söyləyib:

“Onu heç cür saxlaya bilmədim. Ancaq “Sportinq”lə matçdan bir həftə əvvəl baş məşqçimiz “Rafinyaya diqqət yetirin, çox sürətlidir" dedi.

Ona Rafinyanı tanıdığımı söylədim və oyundan sonra onu cibimə qoymuşdum (gülür). Məşqçimiz Migel Luis haqda da mənə bənzər şeylər demişdi, güclü olduğunu və onunla maraqlanmalı olduğumu vurğulamışdı.

Ondan “məşqçi, o, məgər Messidir” deyə, soruşdum və “yox, amma yaxşıdır” cavabını aldım. Bildirdim ki, narahat olma, hər şey yaxşı olacaq. Luisin oyunda mənə qarşı nəsə etdiyini xatırlamıram”.

Digər Xəbərlər
Xəbər Lenti