Mahir Emreli ilə anlaşma - Son detalları müzakirə edirlər?

11 May 2021 16:20 Qarabağ 1 536
Mahir Emreli ilə anlaşma - Son detalları müzakirə edirlər?

"Qarabağ"ın hücumçusu Mahir Emrelinin "Legiya"ya keçidi baş tutmaq üzrədir.

Sportinfo.az "TVP Sport"a istinadla xəbər verir ki, artıq keçidin baş tutmaması üçün heç bir əngəl qalmayıb.

İddia olunur ki, Mahir Emreli ilə Polşa klubunun rəhbərliyi arasında aparılan son danışıqlar nəticəsini verib. Hazırda yalnız son detallar müzakirə olunur.

Mənbə yazır ki, keçidin reallaşması üçün Azərbaycan Premyer Liqasının başa çatması gözlənilir.

Bundan dərhal sonra 23 yaşlı futbolçu Varşavada tibbi müəyinədən keçəcək və "Legiya" ilə müqavilə imzalayacaq.

Digər Xəbərlər
Xəbər Lenti