"Abdulbari Gözəl deyib ki, mən var olduğum müddətdə "Qarabağ"ı yaşadacam"

10 May 2021 11:00 Qarabağ 1 956
"Abdulbari Gözəl deyib ki, mən var olduğum müddətdə "Qarabağ"ı yaşadacam"

"İnsanlarda fikir formalaşa bilər ki, torpaqlar işğal altında idi deyə, "Qarabağ"a diqqət ayrılırdı. Belə şey ola bilməz".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

O, klubla bağlı son günlər səslənən haqsız iddialara münasibət bildirib:

"Rəhbərlik komandaya bu qədər maliyyə ayırır, əziyyət çəkir. Torpaqlarımızın azad olunması "Qarabağ"a sevgini daha da artırmalıdır.

Amma dediyim kimi, belə fikirlərə inanmıram. Niyə düşünürlər ki, "Qarabağ" zəifləyib? Transfer etmək asan deyil. Dünyada da belədir.

Rəhbərlik belə bir fikrə heç vaxt düşməz. Hər zaman bu komandanı qoruyub saxlamaq istəyəcəklər.

Abdulbari Gözəl hər zaman deyib ki, mən var olduğum müddətdə komandanı yaşadacam. Çünki "Qarabağ" bir dəyərdir".

Digər Xəbərlər
Xəbər Lenti