Dabonun ürəyi "Qarabağ"dadır – XƏBƏR GÖNDƏRDİ

9 May 2021 17:40 Qarabağ 3 518
Dabonun ürəyi "Qarabağ"dadır – XƏBƏR GÖNDƏRDİ

Ötən ilin yayında "Neftçi"dən qalmaqallı şəkildə ayrılan Baqali Dabo yenidən Azərbaycana qayıda bilər.

Hazırda "Apollon"un şərəfini qorouyan fransalı hücumçu "Qarabağ"ın formasınıgeyinmək istəyir.

Adıçəkilən legioner belə bir niyyətdə olmasını menecerlər vasitəsilə Ağdam klubuna xəbər göndərib.

Onun Kipr təmsilçisi ilə sözləşməsi 2022-ci ilin mayınadək nəzərdə tutulub. 33 yaşlı forvard "Apollon"a azad agent kimi keçib. O, Azərbaycanda "Neftçi"dən başqa, "Qəbələ"də də çıxış edib.

Dabonun hələ ötən ilin iyununda “Qarabağ” forması ilə videosu yayılıb. Hücumçunun həyat yoldaşı Tuğbanın İnstaqram hesabında etdiyi paylaşım həmin vaxt çox böyük rezonans doğurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!