Mahirin meneceri: "O, mövsümün sonunadək heç bir klubla müqaviləyə imza atmayacaq"

4 May 2021 16:00 Qarabağ 771
Mahirin meneceri: "O, mövsümün sonunadək heç bir klubla müqaviləyə imza atmayacaq"

«Mahirin rəsmi agenti kimi təsdiq edə bilərəm ki, «Legiya»dan təklifimiz var. Həmçinin başqa bir neçə klubdan da ona dəvət var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və «Qarabağ»ın hücumçusu Mahir Emrelinin meneceri Tural Əsgərov deyib.

Bu gün Polşa mətbuatında yayılan xəbərlərə münasibət bildirən tanınmış agent onun «Legiya» ilə müqavilə bağlamadığını qeyd edib:

«Bu gün Polşa mətbuatı və onlara istinadən Azərbaycan saytları futbolçunun «Legiya» ilə 3 illik müqavilə imzalandığını yazıb. Bu, doğru xəbər deyil. tərəflər arasında hətta ilkin anlaşma da yoxdur.

Danışıqlar hələ davam edir. Onu da etiraf eləyə bilərəm ki, «Legiya» təklif göndərən kldublardan heç yarım addım da öndə deyil.

Digər klublarla da paralel danışıqılar gedir. Ehtimal var ki, onların heç biriylə razılıq əldə olunmasın.

Mətbuatda müxtəlif rəqəmlər yazılır. Mən onoarı nə təsdiq, nə də təkzib edəcəm – bu, etik cəhətdən düzgün olmakz. «Legiya» və biz rəqəm açıqlamamışıq.

Sadəcə, onu deyə bilərəm ki, dəqiq məbləğlər deyil. Bu gün üçün söyləməliyəm ki, Mahir «Legiya» ilə anlaşmayıb və yazıldığı kimi, hələ anlaşmaq üzrə deyil.

Büzdür, bir aaz qabaqcadan danışmağı xoşlamasaam da, bu məqamda etiraf etməliyəm ki, Mahir mövsümün sonunadək heç bir klubla müqaviləyə imza atmayacaq.

Mahir «Qarabağ»ı tərk edərsə, çempion kimi tərk etmək istəyir. İndi də çempionatda gedən mübarizədən hamının xəbəri var. «Qarabağ» hələ növbəti titulu özü üçün təmin etməyib.

Mahir bu gün yeni klubundan çox, çempionatın son turlarını düşünür. Yeni klubları ondan çox, mən düşünürəm. Etiraf və təsdiq edə bilərəm ki, Mahir çempionat bitməmiş müqaviləyə imza atmayacaq».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”