"Qarabağ"dan göndərilən legioner: "Qorxuram ki…"

2 May 2021 21:00 Qarabağ 1 174
"Qarabağ"dan göndərilən legioner: "Qorxuram ki…"

"Əvvəllər əsasən hücum bölgəsində çıxış edirdim. Daha sonra Azərbaycana cinah yarımmüdafiəçisi kimi yollandım".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın sabiq legioneri Donald Gerye hazırda çıxış etdiyi "Apollon"un (Kipr) rəsmi jurnalına müsahibəsində oynadığı mövqelər barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi son illərdə cinah müdafiəçisi kimi çıxış etməsinin səbəbini açıqlayıb. O, bildirib ki, hər şey Çempionlar Liqasının qrup mərhələsinin İspaniya "Atletiko"su ilə oyununda baş verdi:

"Müdafiəçi qırmızı vərəqə aldıqdan sonra baş məşqçi məni həmin mövqedə sınamağa başladı. O vaxtdan müdafiənin solunda oynayıram. Yalnız qapıda durmamışam. Qorxuram ki, top başıma dəyər".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!