"Kim olursan-ol, səni “öldürərəm” - - Nani “Qarabağ”ın futbolçusuna yazdı ki…

1 May 2021 19:20 Qarabağ 2 003
"Kim olursan-ol, səni “öldürərəm” - - Nani “Qarabağ”ın futbolçusuna yazdı ki…

Yunanıstanın “Apollon” klubunun müdafiəçisi Vild-Donald Gerye yerli mətbuata müsahibəsində “Qarabağ”dakı dönəmi xatırlayıb.

Sportinfo.az xəbər verir ki, “Apollo” jurnalına danışan haitili cinah oyunçusu Ağdam klubunda olarkən Çempionlar Liqasında və Avropa Liqasında qarşılaşdığı rəqiblərdən danışıb.

O, Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə görüş zamanı Luiş Naniyə necə çətinliklər yaratdığını söyləyib:

“Liderin zehniyyəti danışmaq deyil, onu meydanda göstərməkdir. Özümü meydanda tapanda kim olursan-ol, səni “öldürərəm”.

Məsələn, “Qarabağ”da oynadığım zaman “Sportinq”lə matçda Luiş Nani sol cinahda Maksim Medvedevə istədiyini etdi. Cinahını dəyişərək mənə tərəf gələndə, nə edəcəyini bilmirdi.

Onu çox yaxşı zərərsizləşdirdim, ikili mübarizələrdə qalib gəldim. Oyundan sonra isə instaqram vasitəsilə mənə təbrik mesajı yazdı”.

Vild-Donald Gerye 2017-2019 və 2020-ci ilin 6 ayını ölkəmizdə “Qarabağ”ın, 2019-20 mövsümündə isə “Neftçi”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti