Sequnda klubu "Qarabağ"dan kimi icarəyə götürmək niyyətindədir?

1 May 2021 16:00 Qarabağ 1 774
Sequnda klubu "Qarabağ"dan kimi icarəyə götürmək niyyətindədir?

"Qarabağ" Kvabena Ovusunu icarəyə verə bilər.

Sportinfo.az-ın məlumatına görə, qanalı hücmçuya İspaniyadan yeni təklif gəlib.

Hələlik adı açıqlanmayan Sequnda təmsilçisi afrikalı legioneri icarəyə götürmək istəyir.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov onun gələcək taleyi ilə bağlı son qərarını verməyib. Amma bilinən odur ki, təcrübəli mütəxəssis Ovusunun son həftələrdəki çıxışından kəskin narazıdır.

Qanalı meydana sanki candərdi çıxır, istəksiz və zəif oyunu ilə yadda qalır. O, bundan nəticə çıxarmaq istəyənə oxşamır və hiss etdirir ki, heç bir tənqid vecinə deyil.

Ovusu "Qarabağ"a 2020-ci ilin yanvarında gəlib və 3,5 illik müqaviləyə imza atıb. Azərbaycan çempionu ötən mövsümün ilk hissəsini icarə əsasında Sequnda təmsiçisi "Kordoba"da keçirən hücumçunu məxsus olduğu "Leqanes"dən birdəfəlik transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti