"Qarabağ" gəzə-gəzə finala çıxmaq istədi, "soyuq duş" aldı - FOTOLAR

30 Aprel 2021 09:20 Qarabağ 1 143
"Qarabağ" gəzə-gəzə finala çıxmaq istədi, "soyuq duş" aldı - FOTOLAR

Azərbaycan Kubokunda ilk finalçının adına "Tofiq Bəhramov"da aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, yarımfinalın cavab oyununda "Qarabağ"ı məğlub edən "Sumqayıt" həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Matçın əsas və əlavə vaxtı, ilk qarşılaşmadakı kimi qolsuz başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) qonaqlar tarixində 2-ci dəfə finala yüksəlib.

"Qarabağ"ın heyətində 11 metrlik cərimə zərbələrini Maksim Medvedev, Toral Bayramov, Qara Qarayev və Xayme Romero dəqiq yerinə yetirib. Patrik Andradenin zərbəsini qonaqların qapıçısı Aydın Bayramov geri qaytarıb. Kevin Medinanın vurduğu top isə qapı tirinə tuş gəlib.

"Sumqayıt"da isə Cəmaləddin Xocaniyazov, Vurğun Hüseynov, Xəyal Nəcəfov, Höccət Haqverdi və Vüqar Mustafayev penaltini qola çevirib. Elvin Məmmədovun zərbəsi isə qapı tirindən qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti