Premyer Liqada axırıncı yeri tutsaz, büdcəniz azalacaq!

28 Aprel 2021 16:40 Qarabağ 972
Premyer Liqada axırıncı yeri tutsaz, büdcəniz azalacaq!

AFFA «Səbail»ə xəbərdarlıq edib.

Sportinfo.az-ın məlumatına görə, bu, maliyyələşmə ilə əlaqədardır.

Federasiya SOCAR-dan «qidalanan» Bayıl təmsilçisini yeni mövsümdə büdcəsinin daha da azalacağıyla (20-25 faiz) bağlı məlumatlandırıb. Qurum vəziyyətdən çıxış yolunu da göstərib: Premyer Liqada son pilləni tutmayın.

«Səbail» 24 tura 21 xal toplayıb və turnir cədvəlinin «zirzəmi»sində məskunlaşıb. «Dənizçilər» axır 4 turda «dib»dən çıxmalıdır ki, yaşamaq haqqını özündə saxlasın.

Ümumiyyətlə, AFFA «Səbail»lə yanaşı, SOCAR-dan maliyyə alan digər klublara da oxşar mesaj göndərib. Hansı komanda sonuncu yer tutarsa, ona ayrılan vəsaitin bir qismi kəsilərək digər iştirakçılar arasında bölüşdürüləcək.

Digər Xəbərlər
Xəbər Lenti