”Qarabağ”a qoşuldu: ”Şans verərsə, mən hazıram”

28 Aprel 2021 16:20 Qarabağ 744
”Qarabağ”a qoşuldu: ”Şans verərsə, mən hazıram”

"Qarabağ"ın legioneri Patrik Andrade zədəsini sağaldıb.

Sportinfo.az xəbər verir ki, bu barədə kabo-verdeli yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib.

28 yaşlı oyunçu Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la cavab matçına hazır olduğunu bildirib:

"Premyer Liqanın XXIII turunda “Səbail”lə matçdan sonra sol ayağımın arxa tərəfində ağrılar hiss etməyə başladım. MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) sonra məlum oldu ki, birinci dərəcəli yırtıq var.

Bu səbəbdən bir neçə oyunu buraxmalı oldum. Artıq komanda ilə məşqlərə başlamışam. Özümü normal hiss edirəm. Baş məşqçimiz şans verərsə, meydana çıxmağa hazıram”.

Aprelin 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü saat 17:00-da başlayacaq. Sumqayıtda oynanılan ilk görüş qolsuz başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti