“Qarabağ” yeni tərəfdaşıyla müqavilə imzaladı - FOTOLAR

27 Aprel 2021 13:20 Qarabağ 1 209
“Qarabağ” yeni tərəfdaşıyla müqavilə imzaladı - FOTOLAR

Azərbaycanda ilkə imza atan FAW markası əməkdaşlıq müqaviləsinə əsasən, “Qarabağ” tərəfdaşı olacaq.

Sportinfo.az xəbər verir ki, 2 ay öncə klub ilə FAW Azərbaycan arasında bağlanmış protokol bu gün qüvvəyə minib.

“Qarabağ”ın direktoru Emrah Çelikel bu əməkdaşlıqdan məmnun olduqlarını deyib. O, FAW brendi ilə daha uzunmüddətli işləmək və yeniliklərə imza atmağın klub üçün də xoş olacağını söyləyib.

Baş məşqçi Qurban Qurbanov FAW avtomobillərini çox bəyəndiyini bildirib. Çalışdırıcı uzun müddətli əməkdaşlığa inandığını da dilə gətirb.

FAW avtomobillərinin rəsmi distribütoru “Cahan Motors”şirkətidir. Avtomobil şirkətinin direktoru Adil Axundovun dediyinə əsasən, əməkdaşlıq uzunmüddətli olacaq və yeniliklərə imza atacaqlar. O, “Qarabağ”a hər mövsüm Çempionlar Liqasında oynamağı arzulayıb.

Avto-salonda FAW-ın “Bestune” və “HongQi” modelləri də mövcuddur. Avtomobillərə 5 il və ya 150 000 km-ə qədər zəmanət verilir.

FAW brendi ən qısa zamanda müştərilərin rəğbətini qazanıb. FAW avtomobil sevənləri yeni modelləri ilə sevindirməyə davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti