"Qarabağ"ın futbolçusunun ayağında sınıq aşkarlandı – Onun üçün mövsüm bitdi

17 Aprel 18:00 Qarabağ 549
"Qarabağ"ın futbolçusunun ayağında sınıq aşkarlandı – Onun üçün mövsüm bitdi

"Qarabağ"ın legioneri Filip Ozobiç mövsümü erkən başa vurmalı olub.

Sportinfo.az-ın məlumatına görə, yarımmüdafiəçi bu gün MRT müayinəstndən keçib.

Dünən "Səbail"ə qarşı Premyer Liqanın XXIII tur matçının 13-cü dəqiqəsində sıradan çıxan xorvatiyalının sağ ayağında sınıq aşkarlanıb.

Ayağı gipsə qoyulan balkanlı futbolçu yalnız gələn ayın sonundan etibarən yüngül məşqlərə başlaya biləcək.

Digər Xəbərlər
Xəbər Lenti