“Qarabağ”ın “ağlatdıqlar"ı: “Şirvan”, “Pambıqçı”, “Ədliyyə“, “Sumqayıt“…

12 Aprel 2021 16:40 Qarabağ 662
“Qarabağ”ın “ağlatdıqlar"ı: “Şirvan”, “Pambıqçı”, “Ədliyyə“, “Sumqayıt“…

“Qarabağ”ın “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub etdiyi Premyer Liqanın XXII tur oyunu əlamətdar hadisə ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin tarixinə evdə 75-ci böyükhesablı qələbə kimi düşüb.

“Qarabağ”ın öz meydanındakı ilk belə qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. Həmin gün Ağdam təmsilçisi Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib.

8 qat ölkə çempionunun ən böyük fərqlə qalib gəldiyi ev oyunlarında isə 7:0 hesabı qeydə alınıb.

“Qarabağ” 1995/96 mövsümündə “Pambıqçı”nın (Neftçala), 2003/04 mövsümündə isə “Ədliyyə”nin qapısına 7 cavabsız qol vurub.

Cari mövsümdə 7-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Qarabağ” ümumilikdə 112-ci belə uğuruna imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti