Baş məşqçi Mahiri tənbeh etdi – Özünə yaxşı baxmırsan

11 Aprel 2021 17:40 Qarabağ 1 718
Baş məşqçi Mahiri tənbeh etdi – Özünə yaxşı baxmırsan

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Serbiya matçında zədələnən Mahir Emreli hazırda bərpa prosesi keçir.

Premyer Liqada vurduğu 13 qolla “Qarabağ”ın ən sərrast futbolçusu olan forvardın sağalma müddətinin üç həftə çəkəcəyi həkimlər tərəfindən açıqlanmışdı.

Bu proses cavan orqanizmdə daha tez baş verə bilər. Amma ən azı 15 gün oynamayacağı dəqiqdir. Hazırda nə fərdi, nə də komanda şəklində məşqlərdə iştirak edir.

Baş məşqçi Qurban Qurbanov son vaxtlar tez-tez zədələnən Mahiri tənbeh edib. O. Emrelini idmançı rejiminə kifayət qədər ciddi yanaşmamaqda qınayıb.

Səbəbkarla görüşən təcrübəli çalışdırıcı komandanın ona ehtiyacının olduğunu xatırladıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!