Təklif olsa, “Qarabağ”a qayıdarmı? - AÇIQLAMA

8 Aprel 2021 17:00 Qarabağ 1 351
Təklif olsa, “Qarabağ”a qayıdarmı? - AÇIQLAMA

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu onunla bağlı komandanın baş məşqçisi Qurban Qurbanovun açıqlamasına münasibət bildirib.

Q.Qurbanovun Cənubi afrikalı hücumçu ilə bağlı bildirib ki, onun komandaya qayıtması məsələsi gündəlikdə deyil.

Hazırda Çinin “Çjetsyan Qrintaun” klubunda oynayan Ndlovu bu məsələ ilə bağlı azerisport.com saytına açıqlamasında deyib:

“Əgər Qurban Qurbanov danışıqlarda ciddi heç nə olmadığını deyibsə, deməli, elədir. Mən artıq bildirmişəm ki, “Qarabağ”ı sevirəm, mənim üçün yad komanda deyil.

Yayda təklif olsa, “Qarabağ”a qayıdarammı? Bu haqda da danışmışam. Əgər onlar məni qaytarmaq istəyirlərsə, məni harada tapacaqlarını bilirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi