AFFA millinin qapıçısına yol göstərdi: "QARABAĞ"DAN AYRIL"

4 Mart 2021 11:40 Qarabağ 1 763
AFFA millinin qapıçısına yol göstərdi: "QARABAĞ"DAN AYRIL"

AFFA mənsubları «Qarabağ»ın qapıçısı Emil Balayevlə görüşüb.

Sportinfo.az-ın məlumatına görə, federasiya təmsilçiləri ona klubunu dəyişməyi məsləhət görüb.

Balayevin diqqətinə çatdırılıb ki, Canni de Byazi də onun oyun praktikası qazanmasını istəyir. Bildirilib ki, itaylan çalışdırıcı yığmada Şahruddin Məhəmmədəliyevin rəqabətsiz qalmasından narahatdır.

Tövsiyə olunub ki, o, bununla bağlı «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovla danışsın və mövsümün sonunda müqavilənin vaxtından əvvəl pozulmasına icazə alsın.

Həmçinin qeyd edilib ki, yerli klublardan birinə keçidinə köməklik göstəriləcək, lazım gəlsə, müqavilə öhdəliklərinin bir hissəsi AFFA tərəfindən yerinə yetiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti