Səhvini başa düşdü, üzr istədi - Bir də belə eləmərəm

28 Fevral 2021 19:00 Qarabağ 905
Səhvini başa düşdü, üzr istədi - Bir də belə eləmərəm

“Qarabağ”ın müdafiəçisi Kevin Medina Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 1:2 hesab ilə uduzduqları matçda etdiyi səhvi başa düşüb.

Derbidə birbaşa qırmızı vərəqə alan kolumbiyalı legioner səhvini etiraf edib və üzr istəyib.

O, baş məşqçi Qurban Qurbanovla görüşdə “Neftçi”nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kanenin onu aşağıladığını, bu üzdən əsəblərinə hakim ola bilmədiyini söyləyib.

Cənubi amerikalı söz verib ki, komandanı çətin vəziyyətə saldığını anlayır və bir daha belə hərəkəti təkrarlamayacaq. Medina klub tərəfindən kəsilən cəza ilə razılaşdığını deyib.

Medina görüşün 73-cü dəqiqəsində rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu, oyunun rəsmi protokolunda təcavüzkar davranış kimi qeyd edilib.

Sözügedən hərəkətinə görə o, AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimələnib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti