"Qarabağ"da eniş olduğunu düşünmürəm, qazanacağıq"

23 Fevral 2021 16:20 Qarabağ 590
"Qarabağ"da eniş olduğunu düşünmürəm, qazanacağıq"

"Komandada eniş olduğunu düşünmürəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Flip Ozobiç deyib.

Xorvatiyalı legioner Premyer Liqanın son 2 turda qələbə qazana bilməmələrinin səbəblərindən söz açıb.

Balkanlı bunun uğursuzluq kimi qələmə verilməsinin əleyhinədir: "Ümumiyyətlə, bu fikirlərlə razılaşmıram.

Futbolda belə hallar olur. Ümid edirəm ki, növbəti matçlarda da bu cür baxımlı oyun nümayiş etdirəcək və qələbə qazanacağıq".

Digər Xəbərlər
Xəbər Lenti