Nə qədər ki, "Qarabağ"da...

21 Fevral 2021 16:20 Qarabağ 1 142
Nə qədər ki, "Qarabağ"da...

Zəif oyunla da qələbə qazanmaq çempionlara xas xüsusiyyətdi.

Emin Mahmudovun zərbəsi də çox əla alındı, klass göstəricisi oldu.

Emin kimi oyunçular məhz belə məqamlarda ortaya çıxmalı, səviyyəsini ortaya qoymalıdı. Ki, qoydu da. Aldığı yüksək məvacibin səbəbi də budu. Amma...

Amma bir şeyi unuduruq. "Qarabağ"da belələri daha çoxdu. "Qarabağ"da Romero, Andrade, Zubir, Matiç, Medvedyev, Əmrəli, bəyənmədiyim Ovusu, hətta Medina belə bir oyunun taleyini həll edəcək son vuruş qabiliyyətinə malik oyunçulardı.

Dəfələrlə buna şahidlik etmişik. Bəs "Neftçi"də? Deyək ki, Namiq. Başqa? Ən yaxşı halda Buqrin və Monroz, o da tam formada olsalar. Başqa kim? Etiraf edək ki, başqası yoxdu və bu da yetərli deyil.

"Neftçi" heyət olaraq çox geridədi və uzunmüddətli mübarizədə rəqabətədavamlı deyil. Mboclar, lavallar, teluşilər, samanlarla çox da uzağa getmək olmaz (Ahmedovun nəyə qadir olduğunu da bilmirik). Amma...

Amma "Neftçi"də hazırda yüksək komanda ruhu var. Zəif də olsalar, problemləri də olsa, kollektiv kimi möhkəm olmağa başlayıblar. Pis oyunla da nəticə qazanırlar, liderliyi əldən buraxmırlar.

Nə qədər ki, "Qarabağ"da psixoloji (elə heyət baxımından da) eniş var, yetərli performans nümayiş etdirə bilmirlər, bundan maksimum yararlanmaq, heç olmasa xal fərqini qorumaq lazımdı.

Bilmək lazımdı ki, Qurbanovun komandası mütləq toparlanıb mübarizəyə tam gücüylə qayıdacaq, sürət yığacaq və o zaman vəziyyət fərqli olacaq.

Bu, baş verməyə də bilər və baş verməsə günah özlərində, istər mövsümün əvvəlində, istərsə də gedişatında yol verdikləri səhvlərin nəticəsi olacaq.

Amma "Qarabağ" hələ də bu çempionatın şəksiz favoriti, çempionluğa bir nömrəli namizəddi.

Əsas odur ki, namizəd bir deyil, ikidi. Çoxdandı belə deyildi və kimsə uzun illər davam edən bu düzəni dəyişməyə cəhd edə bilir. Gedişat çox maraqlı olacaq, bu boz dövrdə rəngli nəyəsə şahidlik etmək şansımız var.

P.S.: "Qarabağ" I dövrədə daha çətin qrafikdə, daha ağır oyunda son saniyələrdə "Sumqayıt"dan bir xalı qopara bilmişdi. Çempion olsalar, elə o xalın hesabına olacaqlar.

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı