AL: "Qarabağ"dan bu futbolçu “1000-lik”də yer aldı - FOTO

21 Fevral 2021 19:00 Qarabağ 828
AL: "Qarabağ"dan bu futbolçu “1000-lik”də yer aldı - FOTO

Avropa Liqasının 1/16 final mərhələsindən sonra futbolçuların reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, mübarizəni qrup mərhələsində başa vuran “Qarabağ”ın oyunçuları da sıralamada yer alıb.

Təmsilçimizin ən yaxşı futbolçusu Şahruddin Məhəmmədliyevdir. 516 xala malik qolkiper Avropa Liqasında 567-cidir.

433 xala malik Abdullah Zubir 633-cü sırada qərarlaşıb. Ondan 4 xal geri qalan Xayme Romero bir addım gerisindədir.

Ən yaxşı yerli oyunçu olan Şahruddindən başqa yalnız İsmayıl İbrahimli “1000-lik”də yer alıb. O, 158 xalla 923-cüdür. Azərbaycan futbolçuları arasında 3-cü olan Maksim Medvedev 1083-cü sırada qərarlaşıb – 55 xal.

Siyahının lideri Bruno Fernandesdir. “Mançester Yunayted”in üzvü 9657 xala malikdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı